ATƏT Ukraynada müşahidəçilərin sayını 500 nəfərədək çatdırmaq niyyətindədir
ATƏT Ukraynada müşahidəçilərin sayını 500 nəfərədək çatdırmaq niyyətindədir.
Müvafiq qərar aprelin 17-də Rusiya, ABŞ, AB və Ukrayna XİN rəhbərləri tərəfindən əldə olunmuş Cenevrə sazişinin icrasını təmin etmək məqsədilə qəbul olunub.
Bu barədə ATƏT nümayəndəsi Adam Koberatski bildirib.
Xatırladaq ki, martın 21-də ATƏT Daimi Şurası Ukraynaya 6 ay müddətinə xüsusi monitorinq missiyasını göndərməyi qərara alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB