Xarici ölkələrdəki erməni diasporunun fəaliyyəti ciddi tənqidə məruz qalıb
Son vaxtlar xarici ölkələrdəki erməni diasporunun fəaliyyətsizliyi məhz ermənilərin özləri tərəfindən ciddi tənqid edilir, daim güclü lobbi kimi qələmə verilən təşkilatda struktur dəyişikliyinə böyük ehtiyac duyulduğu barədə fikirlər səsləndirilir.
Erməni əsilli jurnalist Tiqran Yeqavyan xaricdəki erməni lobbisinin fəaliyyəti ilə bağlı "causer.fr" elektron jurnalında dərc etdirdiyi məqaləsində böyük narahatlıq hissi ilə Qərb ölkələrində yaşayan erməni icmalarını və onların təmsil olunduqları təşkilatları tənqid atəşinə tutub.
Erməni icmasının hazırkı fəaliyyətindən narazı olan T.Yeqavyan xarici ölkələrdəki erməni diasporunun təşkilatçılıq baxımından struktur böhranı keçirdiyini bildirir.
Müəllif qeyd edir ki, Orta Şərq ölkələrində erməni icmaları getdikcə dağıldığından diasporun ağırlıq mərkəzi əsasən ABŞ, Fransa və Kanadadakı erməni icmalarının üzərinə düşür. Qərbdə isə ermənilərin əksəriyyətinin öz mədəniyyətlərinin, erməni dilinin və mətbəxinin təbliği ilə formal olaraq məşğul olduğu diqqətə çatdırılır.
Erməni jurnalistin etirafı bir daha sübut edir ki, xaricdəki erməni diasporu əvvəlki illərdəki qüvvəsi ilə yanaşı, həm də ona bəslənilən inamı itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB