"Biz Rusiyanın Ukraynanın şərqində gizlənən adamları dəstəkləməməsini istəyirik". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynanın baş naziri Arseni Yasenyukla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynanın Şərqində binaları ələ keçirən, hərbi uniforma geymiş və maska arxasında gizlənənlərin Rusiya tərəfindən dəstəklənməsi onun beynəlxalq aləmdən təcrid edilməsinə səbəb olacaq.
ABŞ vitse-prezidenti vurğulayıb ki, Rusiya öz təxribatçı davranışlarını dayandırmalıdır: "Heç bir dövlət öz qoşunlarını sərhədə yığıb qonşusunun daxilində qeyri-sabitlik yaratmaqla həmin ölkəyə hədə-qorxu gəlməməlidir. Hazırda Ukraynanın şərqində olan və binaların boşaldılması, tərksilah, amnistiyanın təmin olunması üzrə Cenevrə razılaşmalarının yerinə yetirilməsinə çalışan ATƏT missiyasına Rusiya təmsilçilərinin də qoşulması vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB