İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin tarixi açıqlandı

İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin tarixi açıqlandı

İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri mayın 9-da Nyu-Yorkda keçiriləcək. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı məlumat verib.

Onun sözlərinə görə, İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri mayın 13-də Vyanada keçiriləcək.

Danışıqların İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacağını dilə gətirən Əraqçı vurğulayıb ki, müzakirələr zamanı yekun nüvə razılaşmasının mətni hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə