Qabriel Markeslə vida mərasimi keçirilib FOTO

Qabriel Markeslə vida mərasimi keçirilib FOTO

Bu gün dünya şöhrətli yazıçı, Nobel mükafatçısı Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadın verdiyi xəbərə görə, Mexikoda baş tutan və minlərlə insanın qatıldığı vida mərasimində Meksika və Kolumbiya prezidentləri də iştirak edib.

Mərasim 3 saat davam edib.

Qeyd edək ki, aprelin 17-də 87 yaşında dünyasını dəyişən yazıçının külü vida mərasiminin keçirildiyi İncəsənət Sarayına gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə