İran Prezidenti Həsən Ruhani aprelin 20-də, Milli Qadınlar Günündə qadınları "cəmiyyətdə təhlükə mənbəyi" sayanları tənqid edərək bildirmişdi ki, İran əvvəlki kimi, gender bərabərliyinin təmin edilməsinə çalışır.
BBC agentliyi Prezident Həsən Ruhaninin aşağıdakı sözlərini sitat gətirib: "Qadınlar kişilərlə bərabər müdafiə imkanlarına və bərabər sosial hüquqlara malik olmalıdırlar".
Ruhani deyib: "İslam qaydalarına görə kişi güclü cins, qadın isə zəif cins deyildir".
Ölkənin ruhani rəhbəri Ayətulla Xameneyinin bu məsələyə münasibəti isə fərqlidir. Xameneyi bildirib ki, gender bərabərliyi "qərb təfəkkürünün ən böyük səhvlərindən biridir".
Daha sonra o əlavə edib ki, qadınların işləməsinin əleyhinə deyildir, lakin unutmaq olmaz ki, "əsas məsələ - qadının məişətdə və ailədə roludur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB