Ukraynanın Xarkov və Luqansk şəhərlərində “xalq qubernatorları” seçilib

Ukraynanın Xarkov və Luqansk şəhərlərində “xalq qubernatorları” seçilib

Xarkovda rusiyameyyli nümayişçilər yerli sakin Vladimir Varşavskini "xalq qubernatoru" seçiblər.

Mitinq iştirakçıları onun bu vəzifədə təsdiq olunması üçün Moskvaya yola düşməyini təklif ediblər.

Qeyd edək ki, bundan əvvəl Luqansk şəhərində rusiyameyyli fəallar keçirdikləri qurultayda "cənubi-şərq ordusunun komandiri" Valeri Bolotovu "xalq qubernatoru" seçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə