Avropa İttifaqı Rusiya ilə qaz məsələləri barəsində danışıqlara hazırdır
Avropa İttifaqı gələcəkdə qazın tədarükü və Ukrayna ərazisindən tranziti məsələləri barəsində Rusiya ilə danışıqlara hazırdır. "AFR" agentliyinin məlumatına görə, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciət edərək onu Avropa İttifaqına qaz ixracını müvəqqəti dayandırmaqdan çəkindirib. O cümlədən, Joze Manuel Barrozu qeyd etmişdir ki, Ukraynanın iştirakı ilə məsələnin operativ müzakirəsi ümumi maraqlara cavab verərdi.
Əvvəllər Rusiya dövlətinin başçısı Ukraynaya bir ay ərzində qaz borclarını ödəməsini təklif etmişdi. Aprelin 17-də Rusiya telekanalı ilə "birbaşa xətt"in translyasiyası zamanı Vladimir Putin bildirib ki, qabaqcadan ödəniş etmək üçün Kiyevin bir ay vaxtı qalır. Bu olmasa, Ukraynaya yalnız Kiyevin əvvəlcədən haqqını ödədiyi miqdarda qaz göndəriləcək. Rusiya Prezidentinin sözlərinə görə, bu halda Avropaya qazın göndərilməsi pozula bilər. Vladimir Putin həmçinin qərb tərəfdaşlarını Ukraynanı dövlət iflasından xilas etmək üçün ona maliyyə yardımı göstərməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB