ABŞ-dan Putinə özəl sanksiya təhlükəsi

ABŞ-dan Putinə özəl sanksiya təhlükəsi

ABŞ Rusiya prezidenti Vladimir Putinə qarşı özəl sanksiya tədbiq edə bilər. SİA-nın məlumatına görə, bu barədə Britaniyanın "The Times" nəşri yazır. Sanksiyada nəzərdə tutulub ki, Putinin İsveçrə bankındakı hesabları dondurula bilər.

Nəşrdə qeyd olunur ki, əgər Rusiya Ukraynanın Şərqinə silahlı müdaxilə etsə, sözügedən sanksiya dərhal icra oluna bilər.

"The Times" onu da yazır ki, Putinin İsveçrə bankındakı hesablarında mövcud olan 40 milyard dollar onun adına deyil, ayrı-ayrı şəxslərin adlarına açılıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə