Belçikada dörd ahıl və bir uşaq qətlə yetirilib

Belçikada dörd ahıl və bir uşaq qətlə yetirilib

Belçikanın şərqinədki Liej şəhərində beş nəfər odlu silahla qətlə yetirilib.

Maşında əyləşən qatil yaxınlıqdan keçən iki kişiyə, iki qadına və on yaşlı uşağa tapançadan atəş açıb. İki kişi və bir qadın aldıqları güllə yarasından elə hadisə yerindəcə dünyasını dəyişiblər. Yaralı digər qadın və uşaq xəstəxanaya çatdırılsalar da, həkimlər onların həyatını xilas edə bilməyiblər.

Hadisə yerində araşdırma aparan polis qətlin təfərrüatı və qatil barədə məlumat verməkdən boyun qaçırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə