Ukraynanın Şərqində yaşayan qaraçılar zorakılığa məruz qalıb

Ukraynanın Şərqində yaşayan qaraçılar zorakılığa məruz qalıb
Ukraynanın Şərqindəki Slavyansk şəhərində məskunlaşan qaraçılara qarşı naməlum şəxslər tərəfindən hücumlar edilir. SİA-nın məlumatına görə, hücum edən şəxslər yaşından asılı olmayaraq, qarşılarına çıxan qaraçıları döyür və soyurlar. Şahidlərin sözlərinə görə, silahlı şəxslər qaraçı əsilli vətəndaşların evlərinə soxularaq, onların mülklərini talan edir, bahalı əşyaları yük avtomobillərinə yığırlar.

Ukrayna mətbuatı onu da yazır ki, hazırda ölkənin Şərqində qaraçılarla yanaşı, ukraynadilli vətəndaşlar sözügedən naməlum silahlılar tərəfindən davamlı zorakılığa məruz qalmaqdadırlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com