Koreyada batan gəminin kapitanı həbs edildi

Koreyada batan gəminin kapitanı həbs edildi

Cənubi Koreyada batan gəminin 69 yaşlı kapitanı Lee Joon-Seok iki ekipaj üzvləri ilə birgə həbs edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o sərnişinlərin dərhal təxliyə edilməsi üçün göstəriş verməməkdə günahlandırılır.

Lakin Kapitan açıqlamasında sərnişinlərin batma təhlükəsindən qorxduğu üçün təxliyə qərarını vermədiyini bildirib.

Xatırladaq ki, gəmidə batanların əksəriyyəti Danvon Liseyinin müəllim və tələbələri olub. Bu səbəbdən də Danvon Liseyinin müdir müavini Kang Min-gyu özünü asaraq intihar edib.

Qeyd edək ki, qəzadan sonra 28 nəfərin cəsədi tapılıb. İtkin düşən 268 nəfərin axtarışları isə hələ də davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə