Con Kerri: “Yaxın günlərdə Ukrayna üçün həyat əhəmiyyətli mərhələ olacaq”
ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, yaxın günlərdə Ukrayna üçün həyat əhəmiyyətli mərhələ olacaq. SİA-nın məlumatına görə, bu barədə ria.novosti saytı ABŞ Dövlət Deparyamentinə istinadən xəbər verir. Dövlət katibi bildirib ki, Cenevrə razılaşmasına əsasən, bütün qanunsuz silahlı birləşmələr buraxılmalı, zəbt olunmuş binalar azad edilməli və sahiblərinə qaytarılmalıdır. Con Kerri qeyd edib ki, bu prosesləri ABŞ, Avropa İttigaqı və Rusiyadan olan monitorinq qrupları izləyəcək.
Lakin ABŞ tərəfi bütün bunlara baxmayaraq, Rusiyanın Cenevrə razılaşmalarına əməl etməyəcəyi təqdirdə əlavə və daha sərt sanksiyalar tədbiq edəcəyini də istisna etməyib.
Xatırladaq ki, Cenevrə danışıqlarında iştirak edən ABŞ, Rusiya, Aİ və Ukrayna rəsmiləri müəyyən razılaşmalar əldə etməyə nail olublar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB