Əl-Cəzairdə ötən gün keçirilən prezident seçkilərində Abduləziz Buteflika səslərin 81,5 faizini toplayaraq dördüncü dəfə prezident seçilib. SİA-nın xarici mətbata istinadən verdiyi xəbərə görə, bu barədə Ölkənin Daxili İşlər Nazirliyi yayıb. Buteflika nadir hallarda ortalıqda göründüyündən "qarabasma" və "zombi" kimi adlarla xatırlanır.
Buteflikanın ən böyük rəqibi Əli Benflis səslərin yüzdə 12,18 faizini qazandığından hiylə edildiyini iddia etdiyi seçkiləri məhkəməyə verəcəyini söyləyib.
İflic olduqdan sonra çoxda ortalıqda görünməyən ancaq dördüncü dəfə prezidentliyə namizəd olan 77 yaşlı Buteflika təkərli kürsü ilə seçkilərə gedərək səsini istifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB