Avropa Rusiya layihəsinə yox deyir?

Avropa Rusiya layihəsinə yox deyir?

Avropa Parlamenti Rusiya qazını Ukraynadan yan keçməklə Avropaya nəql etməyə imkan verən "Cənub dəhlizi" qaz kəmərinin inşasının dayandırılmasını tələb edib. Bu barədə məlumat Avropa Parlamenti deputatlarının aprelin 17-də Strasburqda qəbul etdikləri birgə qətnamənin mətnində yer alıb. Bundan əlavə, Frans Press Agentliyi xəbər verir ki, Aİ-nin qanunverici orqanı Rusiya şirkətlərinə və onların törəmə müəssisələrinə ilk növbədə enerji sektorunda iqtisadi qadağalar qoyulmasına çağırıb.
Avropa Parlamenti belə sərt iqtisadi tədbirlərin qəbul edilməsini Rusiya neftindən və qazından asılılığı azaltmaq üçün təxirə salınmadan birgə enerji təhlükəsizliyi siyasəti yeridilməsi, o cümlədən enerji təchizatının şaxələndirilməsi, üçüncü enerji paketinin işə salınması və lazım gəldikdə qaz idxalının dayandırılması zərurəti ilə əlaqələndirir". Avropa Parlamentinin deputatları hesab edirlər ki, "Cənub dəhlizi"indən başqa "digər enerji təchizatı mənbələrindən" də istifadə olunmalıdır.
Qətnamə Bolqarıstanı narazı salıb, çünki Rusiyadan qaz kəmərini məhz onun ərazisindən çəkmək nəzərdə tutulub. Bolqarıstanın hakimiyyət orqanları Aİ üzrə tərəfdaşlarını ittiham edərək bildiriblər ki, onlar bu ilin may ayında Avropa Parlamentinə seçkilər ərəfəsində reytinqlərini artırmaq vasitəsi kimi "Cənub axını" ilə bağlı vəziyyətdən istifadə edirlər. Bolqarıstanın iqtisadiyyat və energetika naziri Draqomir Stoynev Avropa Parlamenti deputatlarının qərarını layihəni siyasi cəhətdən əsaslandırılmış şəkildə batırmaq cəhdi adlandırıb.
Təbii ki, Avropa parlamentinin belə radikal qərarından sonra Avropanın TANAP-TAP layihəsi vasitəsilə təbii qazla təchizatında Şahdəniz qazının rolu daha da artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə