Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı Cenevrədə keçirilən zirvə görüşündə Rusiya, ABŞ, Avropa Birliyi və Ukrayna nümayəndələri arasında ortaq razılıq əldə olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov çıxışında tərəflərə sülh mesajı verib. O qeyd edib ki, bütün qeyri-qanuni silahlı qrupları əllərindəki silahları təhvil verməli, işğal edilən dövlət binaları boşaldılmalı və zorakılığa son qoyulmalıdır: "Cinayətə qarışan aktivistlərdən başqa digər nümayişçilərə cəza tətbiq olunmamalıdır. Ukrayna isə binaları qanunsuz zəbt etmiş etirazçılara amnistiya söz verib. Tərəflər razılaşıblar ki, ATƏT gərginliyin azaldılmasına nəzarət etmək üçün Ukraynaya öz misiyasını göndərəcək".
ABŞ-ın Dövlət katibi Con Kerri, təxminən doqquz saat davam edən danışıqlardan sonra Avropa Birliyi xarici işlər nümayəndəliyinin siyasi təmsilçisi Ketrin Eşton ilə mətbuat konfransı təşkil edib. Kerri də rusiyalı həmkarı Lavrov kimi bölgədəki gərginliyə son qoyulmasını istədiyini deyib: "Bütün tərəflər şiddət və təhdidin istifadəsindən, təxribatçılıq hərəkətlərindən çəkinməyin lazım olduğu mövzusunda razılıq əldə edib. Hamımız irqçilik və anti- Semitizm də daxil olmaqla dini tolerantsızlığı qınayır və rədd edirik."
ABŞ katibi həmçinin qeyd edib ki, əldə olunan razılaşma pozulduğu təqdirdə, Vaşinqton Rusiyanı cəzalandırmaq üçün əlavə addımlar atmaq məcburiyyətində qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB