Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı vətəndaşların sığındığı düşərgəsinə silahlı şəxslər tərəfindən hücum olunub, ən azı 20 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təxminən 70 adamı da yaralayan təcavüzkarlar BMT bazasına sülh tərəfdarları kimi yaxınlaşıblar.
BMT baş katibinin mətbuat katibi Stefan Dujarrik jurnalistlərə verdiyi açıqlamasında Cənubi Sudanın Bor şəhərindən qaçqın düşmüş 5 min vətəndaşın olduğu Birləşmiş Millətlər Təşkilatının Cənubi Sudandakı düşərgəsinə ərizə təqdim etmək istədiklərini və sülh tərəfdarı olduqlarını deyərək yaxınlaşan silahlı şəxslərin əsgərlərə və düşərgə sakinlərinə atəş açdığını bildirib.
BMT Baş katibi Ban Ki-Munun hücumu şiddətli bir şəkildə qınadığını ifadə edən Dujarrik, Baş katibin BMT əsgərlərinə qarşı edilmiş hücumların qəbulolumaz hal olduğunu və bunun hərbi cinayət kimi qiymətləndirdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB