ABŞ-da daha bir edam

ABŞ-ın Texas ştatında 13 il əvvəl 3 nəfəri öldürməkdə günahlandırılan məhkum edam edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər 39 yaşlı məhkum Jose Villegasın ştat həbsxanasında ölümcül dozada zəhər vurulduqdan 11 dəqiqə sonra öldüyünü açıqlayıb.

Qeyd edək ki, Villegas 2001-ci ildə keçmiş sevgilisi - 23 yaşlı Erida Salazarı, Salazarın 3 yaşlı oğlu Jacobu və onun 51 yaşlı anası Alma Perezi bıçaqlayaraq öldürməkdə günahlandırılıb. Mütəxəssislər onun İQ nəticəsinin 59 olduğunu və heç bir psixoloji sarsıntı keçirmədiyini açıqlayıblar. 13 il həb cəzasına məhkum edilən qatil ötən gün edam olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə