Çin səddinin yeni qalıqları tapıldı

Çin səddinin yeni qalıqları tapıldı

Arxeoloqlar Çinin şimal-qərbində "Çin səddi"nin yeni qalıqlarını tapıb. SİA xarici mətbuat istinadən xəbər verir ki, arxeoloqların fikrincə, səddin davamı olaraq tapılan divarın 2 min 470 illik yaşı var. 20 metr uzunluğundakı yeni qalıqların Çin sülaləsi dövrünə aid olduğu təxmin edilir. Divarlar 3 hissədən ibarətdir və ilk hissənin uzunluğu 5, eni 3-4, hündürlüyü isə 6 metrdir. Digər iki hissənin uzunluğu 10, hündürlüyü isə 5 metrdir.

Qeyd edək ki, Çin Səddi UNESCO tərəfindən 1987-ci ildə Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə