Koreyada qəzaya uğrayan gəmidə qurbanların sayı 9-a çatıb

Koreyada qəzaya uğrayan gəmidə qurbanların sayı 9-a çatıb

Cənubi Koreyanın kurort adası Çedju yaxınlarında qəzaya uğrayan gəmidə qurbanların sayı doqquza çatıb. 300 yaxın sərnişin isə itkin düşüb. Bu barədə SİA-nın xarici mətbuata istinadən xəbər verir.

Əlverişsiz hava şəraiti və güclü sualtı axınlar xilasedicilərin işini daha da çətinləşdirir. İndiyə qədər isə 179 nəfərin həyatını xilas etmək mümkün olub.

Aprelin 16-da Cənubi Koreyanın qərb sahilindəki İnçeon limanından Çedjuya yola düşən gəminin göyərtəsində əsasən eyni məktəbdən olan müəllim və şagirdlər olub.

Gəminin itkin düşən sərnişinlərinin qohumları hakimiyyəti fövqəladə hadisəyə tez reaksiya verməməkdə və informasiyanı gizlətməkdə ittiham ediblər.

Rəsmilər isə hələ ki, gəminin batma səbəbini aydınlaşdıra bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə