Bu gün Ukraynanın taleyi müzakirə edilləcək

Bu gün Ukraynanın taleyi müzakirə edilləcək

Bu gün Cenevrədə Ukrayna daxili siyasi böhran üzrə dördtərəfli danışıqlar keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məsələ ABŞ, Ukrayna, Avropa İttifaqı və Rusiya arasında müzakirə olunacaq. Ukrayna danışıqlarda Rusiyadan Şərq bölgəsində fəaliyyət göstərən silahlıları dəstəkləməsindən əl çəkməsini tələb edəcək. Ukrayna həmçinin Rusiyadan Ukraynanın Şərq sərhədlərinə yönəldilən qoşunlarının geri çağırılmasını da tələb etmək niyyətindədir.

Gündəliyə Ukraynada gərginliyin aradan qaldırılması, qanunsuz birləşmələrin tərksilahı və konstitusiya islahatları məsələləri daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə