“Xəzərin təhlükəsizliyinin təmin edilməsində başqalarının iştirakına icazə verilməyəcək”
"Xəzər sülh və dostluq dənizidir və bu dənizin təhlükəsizliyinin təmin edilməsində başqalarının iştirakına icazə verilməyəcək". SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri İran Hərbi Dəniz Donanmasının baş komandanı, kontr-admiral Həbibullah Səyyari Ənzəli şəhərində İran HDD-nin dördüncü bölgə komandanlığına (Şimal komandanlığı) baxış keçirdiyi zaman deyib.
Onun sözlərinə görə, Xəzər dənizi sahillərində yerləşən dördüncü bölgə komandanlığı Xəzərdə İranın mənafeyini qorumaq və təhlükəsizliyin təminində əhəmiyyətli rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB