Cənubi Koreyada gəmi batıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, içərisində 477 sərnişin olan gəmi ölkənin qərb sahilindən 100 kilometr aralıda, Jin adası yaxınlığında batıb.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Görülən tədbirlər nəticəsində 368 nəfəri xilas etməm mümkün olub. İki nəfər ölüb, 42 nəfər isə təcili şəkildə xəstəxanaya aparılıb. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qəzanın səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur. Xilasetmə tədbirləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB