BMT Ukraynaya sülhməramlı kontingentini göndərməyəcək

BMT Ukraynaya sülhməramlı kontingentini göndərməyəcək
BMT-nin baş katibi Pan Gi Mun Ukraynaya sülhməramlılardan ibarət hərbi kontingentin göndərilməyəcəyini bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, sülhməramlıların göndərilməsi təklifinin BMT Təhlükəsizlik Şurası ilə məsləhətləşmələr aparıldıqdan sonra reallaşa biləcəyini deyib.

"BMT sülhməramlılarının Ukraynaya göndərilməsindən öncə Təhlükəsizlik Şurası üzvləri ilə müzakirələr aparmaq daha məqsədəuyğundur"-deyən Pan Gi Mun onu da qeyd edib ki, bunun üçün dəqiq mandat və ümumi razılıq olmalıdır.

Xatırladaq ki, Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov bir müddət öncə BMT-nin baş katibindən sülhməramlı kontingenti ölkəsində görmək istədiyini və antiterror əməliyyatında iştirak etməyini təklif etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB