Almaniyanı Ukraynaya qaz göndərir

Almaniyanı Ukraynaya qaz göndərir

Almaniyanın "RWE" konserni aprelin 15-də Ukraynaya qaz göndərməyə başlamışdır.
"dpa" informasiya agentliyinin məlumatına görə, razılaşma 2012-ci ildə Ukraynanın "Naftoqaz" dövlət şirkəti ilə bağlanmış saziş çərçivəsində əldə edilib. Qaz ixracının illik həcmi təxminən 10 milyard kubmetr təşkil edə bilər.
"Reuters" agentliyi bildirir ki, ixracı "RWE" konserninin törəmə müəssisəsi olan "Supply&Trading" firması həyata keçirəcək. Marşrut Polşa ərazisindən keçəcək. Qazın qiyməti Avropanın nağd hesablaşmalar bazarında qiymətlərin təyin edilməsi nəzərə alınmaqla müəyyənləşdirilir və buraya daşınma xərcləri də daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə