İordaniyanın Liviyadakı səfiri oğurlanıb

İordaniyanın Liviyadakı səfiri oğurlanıb

İordaniyanın Liviyadakı səfiri Favaz əl-İtan aprelin 15-də Tripolidə mülki geyimli və maskalı naməlum silahlı şəxslər tərəfindən oğurlanıb.
Diplomat evinə gedərkən qaçırılıb. Maska taxmış naməlum şəxslər Favaz əl-İtana tərəf atəş açmış, sürücüsünü yaralamış və səfiri girov götürüblər.
İordaniyanın Baş naziri Abdulla Annusur bildirib ki, diplomatı azad etmək üçün bütün tədbirlər görülür. İordaniyanın xarici işlər naziri Nasir Cuda isə bildirib ki, səfiri qaçıranlar hələ də əlaqə yaratmayıblar. İordaniya XİN vəziyyəti aydınlaşdırmaq və səfiri azad etmək üçün mümkün olan hər şeyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə