Ermənilər yeni “Neo-ASALA” terror təşkilatı yaradıblar

Ermənilər yeni “Neo-ASALA” terror təşkilatı yaradıblar

ABŞ-dakı erməni diasporu ermənilərin "ASALA" terror təşkilatına oxşar yeni bir terror qurumu yaradıblar.

Bunu qardaş ölkədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey keçirdiyi mətbuat konfransında deyib.

Dərnəyin sədri bildirib ki, 2011-ci ildə qurulduğu bildirilən "Amerikan erməni legionu" bu günlərdə Suriyada yaşayan erməniləri qorumaq adı altında oraya qeyri-qanuni hərbi təlim keçən erməni komandirlərini göndərib. G.Gülbey, həmçinin qondarma "Dağlıq Qarabağ parlamenti"nin deputatı, Qarabağ müharibəsində zabit kimi iştirak etmiş Vahan Badasyanın Suriyadakı könüllülərdən ibarət erməni birliyinə rəhbərlik etdiyini vurğulayıb. Dərnək sədri "Neo–ASALA"-nın Suriyada erməniləri qorumaq bəhanəsi ilə yaratdığı hərbi düşərgələrdə əslində terrorla bağlı təlim keçildiyini deyib.

G.Gülbey vurğulayıb ki, "Neo–ASALA"-nın üzvləri ABŞ-dan başqa digər ölkələrdə də təşkilatlanıblar. "Neo-ASALA" terror təşkilatının Yaxın Şərqdə silahlı təlim düşərgələrinin mövcud olduğunu bildirən dərnəyin sədri onların burada silahlardan istifadəni, atıcılığı, mina yerləşdirməyi, uzaqdan partlayış törətməyi və s. öyrəndiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə