İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bir il müddətinə faydalı ictimai işlərə cəlb olunacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Milanda Xüsusi tribunalın Hakimlər komissiyası verib. 77 yaşlı siyasətçinin çalışacağı sosial strukturun adı isə yaxın günlərdə açıqlanacaq.
Silvio Berluskoni 1 illik cəzasının ilk 6 ayında yaxşı işləyərsə, cəzası 45 gün azaldılacaq. Beləliklə, sabiq baş nazir 10 ay ərzində cəzasını çəkmiş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB