Kanadanın baş naziri Stiven Harper öz müttəfiqləri ilə birgə Rusiyaya qarşı daha bir sanksiya tətbiq ediləcəyini istisna etməyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Harper Ukraynanın Şərqində baş verən hazırkı situasiyanı soyuq müharibədən sonra baç verən ən təhlükəli vəziyyət kimi qiymətləndirib.
"Dövlət qurumlarının və binalarının rusiyapərəst qüvvələr tərəfindən zəbt olunması Putin hakimiyyəti tərəfindən göndərilən təxribatçıların əməlləridir", - deyə iddia edən baş nazir onu da bildirib ki, Kanada bundan sonra daha sərt addımların atılmasının tərəfdarı kimi çıxış edəcək və Rusiyanın Qərbdən siyasi, iqtisadi təcrid olunmasına nail olacaq.
Bu arada Kanadanın xarici işlər naziri Con Berd də Rusiyaya qarşı kəskin ittihamlarla çıxış edib. O, öz növbəsində bildirib ki, Ukraynanın Şərqində iğtişaşlar, silahlı müdaxilələr edən adamlar rusiyapərəst təxribatçı qüvvələr olmaqla yanaşı, həm də quldurdular. Con Berdin fikrincə, Krımın ilhaq prosesindən sonra Ukraynanın Şərqindəki vəziyyəti həmin hadisələrlə paralel qiymətləndirmək lazımdır.
"Başa düşə bilmirəm ki, Rusiya tərəfi bu hadisələrə səbəbkar olmadığını bəyan etməklə kimi aldatmaq istəyir"-deyən kanadalı nazir artıq qəti addımların atılması zamanının çoxdan çatdığını vurğulayıb.
Xatırladaq ki, Qərb ölkələrinin ümumi sanksiyalarından əlavə, Kanada Rusiyaya qarşı fərdi sanksiyalar tədbiq edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB