Putin Sergey Aksyonovu Krımın qubernatoru təyin edib

Putin Sergey Aksyonovu Krımın qubernatoru təyin edib

Rusiya prezidenti Vladimir Putin Krımın baş naziri Aksyonova qubernator səlahiyyətlərini icra etməyi təklif edib. Bunu Putin Aksyonovla görüş zamanı bəyan edib.

"Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq qubernatorun səlahiyyətlərini icra edəni təyin etmək lazımdır. Bu gün bu barədə müvafiq fərman imzalanacaq", - deyə Putin bildirib.

Putin həmçinin Krım qanunverici orqanlarına seçkilərin sentyabrın 14-də baş tutacağını bəyan edib.

Aksyonov, öz növbəsində, Krımın seçkilərə hazır olduğunu vurğulayıb.

Bundan əvvəl, Krımın Dövlət Şurası Putinə regiona başçılıq etmək üçün Aksyonovun namizədliyini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə