“Krımdakı hadisələri Qarabağdakı vəziyyətlə müqayisə etmək düzgün deyil”
"Krımdakı hadisələrlə və Dağlıq Qarabağdakı vəziyyətlər arasında paralellər aparmaq düzgün deyil". SİA-nın xəbərinə görə, Rusiya XİN rəhbərinin müavini Vasili Nebenzi "İnterfaks" agentliyinə Krım hadisələrindən sonra Dağlıq Qarabağ və Dnestryanı nizamlanmasında hansısa yeni inkişafı gözləməyə dəyərmi?" sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, orada azərbaycanlılarla ermənilər arasında birbaşa dialoq yaratmağa çalışan Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər var.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşüblər, eləcə də bu yaxınlarda iki ölkənin liderlərinin görüşü baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB