Yanukoviç: "Ukrayna bir ayağı ilə vətəndaş müharibəsinə qədəm qoyub"
Viktor Yanukoviç Rostov-Don şəhərində Ukrayna xalqına müraciətlə çıxış edib. SİA İTAR-TASS agentliyinə istinadən bu barədə məlumat verir.
Yanukoviç Ukraynanın hərbi qulluqçularından xahiş edir ki, Ukrayna xalqına atəş açmasınlar.
Onun sözlərinə görə, yeni Ukrayna hakimiyyəti cinayət məsuliyyəti daşıyacaq.
"Ölkə bir ayağı ilə vətəndaş müharibəsinə qədəm qoyub və müflisləşməyə doğru gedir", - Viktor Yanukoviç bildirib.
Ukrayna üçün bu gündə təcili seçkilər yox, dialoq vacibdir, o, hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB