Yaponiyanın Kumamoto prefekturasının Taraqi şəhərindəki quş fabriklərindən birində quş qripinə yoluxma qeydə alınıb. Fabrikin işçiləri 270 toyuğun bir gündə tələf olduğunu aşkar etmişlər. Baytarların müəyyən etdiyinə görə buna səbəb quş qripi virusu olub. Bu, ölkədə cari ildə quş qripinin qeydə alındığı ilk hadisədir.
Qorxulu xəstəliyin virusunun yayılmasının qarşısını almaq üçün 110 mindən çox quş məhv edilmişdir. Yerli hakimiyyət orqanları tərəfindən ferma ətrafında üç kilometrlik qarantin zonası çəkilib və fabrikin məhsullarının kənara çıxarılmasına qadağa qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB