Misirin edam qərarına Türkiyə etiraz etdi

Misirin edam qərarına Türkiyə etiraz etdi

Misirdə "Müsəlman Qardaşlar" Hərəkatının üzvü olan 529 nəfər haqqında verilən edam qərarına İstanbulda etiraz edilib. SİA-nın xarici mətbuata istinadən verdiyə xəbərə görə, nümayiş üçün Ayasofya Meydanına təxminən 2000 adam toplanıb. Etirazçılar qərarın geri alınacağına inandıqlarını bildiriblər.

Daha sonra etirazçılar Saraçhane parkına gələrək edam qərarını verən Abdülfəttah Sisi haqqında "Qatil Sisi" deyə şüarlar səsləndiriblər. Nümayişlərdə etirazçılar əllərində qərarla əlaqədər olaraq vəzifəsindən azad edilən Məhəmməd Mursinin posterlərini daşıyaraq və kəfənin simvolu kimi ağ paltarlar geyinərək diqqət çəkiblər.

Haqqında danışılan edam qərarına İstanbuldan başqa Bursa, Kayseri, Rize, Nevşehir, Ərzurum, Samsun, Giresun, Diyarbəkir, Elazığ, Bingöl, Sivas, Antalya, Yalova kimi şəhərdə də etiraz ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə