Rusiya prezidenti Vladimir Putin Ukraynaya istifadə etdiyi təbii qazın qiymətini ödəmədiyi üçün mavi yanacaq ixracını dayandıracağı ilə bağlı məktub ünvanlayıb. SİA xəbər verir ki, Putin məktubda qeyd edib ki, Ukrayna Rusiyaya olan borcunu ödəməsə, onun vasitəsi ilə Avropaya ixrac olunan təbii qazın da daşınmasına son qoyulacaq.
Rusiya prezidentinin fikirlərinə reaksiya verən ABŞ-ın xarici işlər nazirliyinin spikeri Jan Psaki Moskvanı Kiyevə təzyiq göstərməkdə günahlandırıb: "Enerji resursları vasitəsilə Rusiyanın Ukraynaya təsirini qınayırıq".
Qeyd edək ki, Putin Avropanın 18 ölkəsinin liderinə göndərdiyi məktubda Ukrayna iqtisadiyyatının böhrandan çıxması üçün Avropa dövlətlərinin təcili olaraq rəsmi Kiyevlə danışıqlara başlanmasını istəyib. Rusiya prezidenti məktubda onu da qeyd edib ki, Kiyevin Moskvaya 2,2 milyard dollar həcmində borcu var və bu məsələdə Rusiyanın səbri tükənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB