İsveç və Litva Baltik dənizində sərhədlər üzrə razılığa gəliblər

İsveç və Litva Baltik dənizində sərhədlər üzrə razılığa gəliblər

İsveç və Litva Baltik dənizində sərhədlər üzrə razılığa gəliblər.

İsveçin xarici işlər naziri Karl Bildt və Litvanın xarici işlər naziri Linas Linkyaviçus aprelin 10-da Stokholmda iqtisadi zonaların sərhədləri və Baltik dənizinin kontinental şelfinin bölüşdürülməsi haqqında Saziş imzalayıblar. İmzalanma mərasimi Litva Prezidenti Dalya Qribauskaytenin İsveçə səfəri zamanı olub.

Qeyd edək ki, yeni razılaşma Baltik dənizində sərhədlər haqqında İsveç-Sovet müqaviləsini əvəzləyib və sərhədlərin delimitasiyası üzrə uzunmüddətli işin nəticəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə