Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, telefon danışıqları zamanı qondarma "erməni soyqırımı" məsələsi müzakirə olunub.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, ermənilər tərəfindən 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasını nəzərdə tutan layihənin ABŞ Senatına təqdim edilməsi Türkiyə hökumətinin narahatlığına səbəb olub.
Tərəflər həmçinin Suriya və Misirdəki proseslərə dair də fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB