Əli Babacan: “ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir”

Əli Babacan: “ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir”

"99 il bundan əvvəl törədildiyi iddia edilən hadisə araşdırılmadığı halda, ABŞ Senatı tərəfindən bu haqda hər hansı bir qərarın qəbul edilməsi düzgün deyil". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, ABŞ-ın daxili siyasət vasitəsi kimi qondarma "erməni soyqırımı"ndan istifadə etməsi xoşagələn deyil: "ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir. Ankara bu kimi halların qarşısını almaq iqtidarındadır".

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan Türkiyənin sələfi olan Osmanlı İmperiyasının 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törətdiyini bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə