Fələstinin Çexiyadakı səfirinin ölümünün ehtimal olunan səbəbi aydınlaşdırılıb
Bu il yanvarın 1-də Fələstinin Çexiyadakı səfiri Camal Məhəmməd Camal Praqanın Suxdoli rayonunda öz mənzilində vəfat edib. Aprelin 8-də "Mlada fronta Dnes" qəzeti bu ilin təhqiqatı ilə tanış olan müstəntiqin məlumatına istinadla xəbər verib ki, səfirin ölümünə səbəb zahiri görkəminə görə kitaba oxşayan futlyarın içərisində gizlədilmiş "semteks" maddəsinin partlaması olub. Adı çəkilməyən müstəntiq 99,9 faiz ehtimalla bildirib ki, partlayışa səbəb səfirin yeni mənzilə köçərkən içərisinə keçən əsrin 70-ci illərində istehsal edilmiş "semteks" doldurulmuş kitabı açması olub.
Məlumatın dəqiqliyi üç nəfər müstəqil mütəxəssis tərəfindən aparılan ekspertiza başa çatandan sonra rəsmən təsdiq ediləcək. İstintaq orqanları bundan əvvəl dəfələrlə bildiriblər ki, səfirin ölümü terrorçuların sui-qəsdi ilə bağlı olmayıb. Keçən həftə isə onlar fələstinli diplomatın ölümünə səfirin seyfindəki qurğunun partlamasının səbəb olması versiyasını da istisna ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB