Pakistanın Bəluçistan vilayətində qatar bombalanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkimlərin və rəsmilərin verdiyi məlumata görə ən azı 12 sərnişin həlak olub, 30-dan çoxu yaralanıb.
Pakistanın Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, partlayış Pakistanın qazla zəngin olan vilayətində bir ay əvvəl başlamış qarşıdurmalar nəticəsində 30 separatçının öldürülməsindən bir gün sonra törədilib.
Baş vermiş partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Həmçinin separatçıların İran və Əfqanıstan sərhədlərində yerləşən Bəluçistanda fəaliyyət göstərdikləri bildirilib. Bəluçistan separatçı qiyamları Pakistanda sabitliyi pozan nüvə silahı təhlükəsizliyi problemlərdən biridir.
Xilasetmə işçiləri isə bildirib ki, ölənlərin çox olmasına səbəb partlayışdan sonra baş verən yanğın olub. Dəmiryol naziri Khawaja Saad Rafique ölənlərin sayını təsdiqləyib.
Hökumət hadisə baş vermiş ərazini ciddi nəzarət altına alıb. Xarici jurnalistlərin isə əraziyə daxil olması çətinləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB