Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə Türkiyənin Baş naziri vurğulayıb ki, Azərbaycana səfəri zamanı bir çox məsələlərlə yanaşı, Gülən hərəkatının fəaliyyəti də müzakirə olunub.
Onun sözlərinə görə, Fətullah Gülən hərəkatının fəaliyyəti hökumətin zəiflədilməsinə yönəlib.
Daha sonra Ərdoğan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib: "Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB