Ukrayna Radasında qarşıdurma baş verib

Ukrayna Radasında qarşıdurma baş verib

Ukrayna Ali Radasında qarşıdurma baş verib. Radadakı çıxışı zamanı Ukrayna kommunistlərinin lideri Pyotr Simonenko ölkənin şərqində baş verən iğtişaşlara görə hökuməti günahlandırıb. Onun sözlərinə görə, separatçılıq halları xaricdən deyil, ölkə daxilindən idarə olunur.

Lakin kommunustlərin liderinin bu çıxışı "Svoboda" fraksiyaçılarının etirazlarına səbəb olub. Onlar tribunaya yaxınlaşaraq Simonenkonun oradan itələyərək uzaqlaşdırıblar. Bundan sonra tribunaya doğru müxtəlif fraksiya nümayəndələri yaxınlaşaraq, bir-birləri ilə dalaşıblar. Bundan sonra Ali Radanın sədri Aleksandr Turşinov iclasın gedişinə 10 dəqiqəlik fasilə verib. Kommunistlər və onları müdafiə edən digər fraksiyaçılar "faşistlər!" şüarlar səsləndirməyə başlayıblar.

Turçinov deputatları sakitliyə riayət etməyə dəvət etsə də, qarşıdurma Radanın foyesində davam edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə