Ukraynada yaşanan hadisələr çərçivəsində 1 Apreldə Rusiya ilə bütün hərbi və mülki əməkdaşlığa sanksiya tətbiq edən NATO, Rus diplomatlarının qərargaha girişinə məhdudiyyət qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO-dan verilən açıqlamada qərarın sabahdan etibarən qüvvəyə minəcəyi bildirilib. NATO-nun Xarici İşlər Nazirlərinin yığıncağında tətbiq edilən sanksiya qərarlarının davamı olan bu addımın məzmununda NATO qərargahına yalnız Rusiyanın NATO nəzdindəki səfiri ilə köməkçisi və iki nəfər vəzifəli şəxs girə biləcəyi qeyd olunub.
Rusiya səlahiyyətlilərinin geri qalan üzvləri üçün NATO-nun "müntəzəm ziyarətçi qaydaları" tətbiq olunacaq. Bu qaydalar da həmin şəxslərin qərargaha gəlişlərinin əvvəldən bildirilməsi, qeydə alınması və ziyarətlərinə nəzarətçilərin yoldaşlıq edilməsini tələb edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB