Xarkovda 70 nəfər saxlanılıb

Xarkovun hüquq-mühafizə orqanları keçirdikləri əməliyyət nəticəsində 70 nəfəri şübhəli şəxs qismində saxlayıblar. SİA bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakovun "Facebook" səhifəsinə istinadən xəbər verir.

O qeyd edib ki, Xarkov vilayətinin dövlət administrasiyasının binası gecə binanı ələ keçirənlərdən təmizlənib. Əməliyyat zamanı 70-ə yaxın separatçı həbs edilib. Əməliyyat odlu silah tətbiq edilmədən həyata keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə