Rus əsgər ukraynalı zabiti qətlə yetirdi MÜNAQİŞƏ

Rus əsgər ukraynalı zabiti qətlə yetirdi MÜNAQİŞƏ

Krımda rus hərbçi ukraynalı zabiti avtomatdan açdığı atəş nəticəsində qətlə yetirib. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyinə məxsus rəsmi sayt məlumat yayıb. Məlumata görə, öldürülən şəxs Novofyodorovkadakı zabit yataqxanasında məskunlaşmış mayor Stanislav Karaçayevski olub. O, AK-47 avtomat silahından döş və göz nahiyəsinə açılan atəş nəticəsində həyatını dəyişib.

Mayoru qətlə yetirən rus hərbçisi isə Rusiya Federasiyası Qara Dəniz donanmasının kiçik çavuşu Zaytsev soyadlı əsgər olub.

Bundan əlavə, bildirilir ki, həlak olmuş zabitin dostu – Ukrayna silahlı qüvvələrinin operativ qərargahının zabiti kapitan Artyom Yermolenko rus hərbçiləri tərəfindən vəhşicəsinə döyülüb və həbs edilib. Hazırda onun RF Qara dəniz donanmasına məxsus hərbi izalyatorda saxlandığı bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə