Çexiya prezidenti Miloş Zeman hesab edir ki,əgər Rusiya Krımdakı ilhaq prosesini Ukraynanın Şərqində də davam etdirmək qərarından geri çəkilməsə, NATO Ukraynaya girməlidir. SİA "İnterfax-Ukraina" saytına istinadən xəbər verir ki, Çexiya prezidenti bu təkliflə çex radiosuna verdiyi müsahibəsində çıxış edib.
"Əgər Rusiya ərazi ekspansiyasını Şərqi Ukraynada da davam etdirəcəksə, onda bütün zarafatlara son qoymaq lazımdır" -deyə, qeyd edən Zeman onu da bildirib ki, daha sərt sanksiyalarla yanaşı, hərb variantını da unutmaq olmaz: "Bu zaman mən Avropa İttifaqı tərəfindən nəinki daha sərt sanksiyaların qəbul olunmasını, hətta NATO-nun maksimal dərəcədə yüksək hərbi hazırlığa gətirilməsini və Ukraynaya girməsini təklif edərdim".
Lakin Çexiya prezidenti onu da hesab edir ki, Avropa İttifaqı Rusiyanın Krıma müdaxiləsi ilə barışmalı olacaq. Çünki yaxın illərdə bu ərazi deklarasiyaların mövcudluğuna rəğmən, Ukraynaya qaytarılmayacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB