Danimarkada toy süfrəsinin əsasını marsipanlı piroq təşkil edib. Piroqun kənarları adətən şamlarla və meyvələrlə bəzədilir. Həmçinin piroqun üzərinə bəylə gəlinin şəkilləri olan medalyonlar da düzülür. Ümumiyyətlə, əvvəllər Danimarkanın toyları öz möhtəşəmliyi ilə seçilib. Belə ki, buradakı ən sadə toy məclisi üçün 10 ədəd ördək, 10 qaz, 20 toyuq, 5 donuz, 2 dana tələb olunurdu. Təəccüblü deyil ki, bu ölkədə toyların möhtəşəmliyi ilə dövlət səviyyəsində mübarizə gedirdi.
Barbadosda isə qara rəngdə toy piroqu hazırlayırlar. Qara piroqun resepti nəsildən-nəsilə ötürülür. Bir qayda olaraq, onun tərkibinə qəhvəyi şəkər, rom, kişmiş, qarağat, albalı və qara gavalı daxildir. Bütün quru meyvələr rom içkisində isladılır, bəzən onları romda 2 aya qədər saxlayırlar.
Hollandiyada toy süfrəsi nigah mərasimindən əvvəl açılır. Ənənəvi toy menyusuna "gəlinin şəkəri" adlanan konfetlər və "gəlinin göz yaşları" adlanan şərab daxildir.
Norveç toyunun ənənəvi xörəyi "gəlin sıyığı" adlanır. Sıyıq buğda və qaymaqdan hazırlanır.
Ərəb ölkələrində toy möhtəşəm ziyafət deməkdir. Ənənəvi toy xörəyi xüsusi sousla hazırlanmış düyü və qoyun ətidir. Bəzi yerlərdə daha ekzotik xörəyə üstünlük verilir. Bu, quzu ilə doldurulmuş qızardılmış dəvədir. Bu xörəyin tam bişirilmə qaydası belədir: bir neçə balıq qaynadılmış yumurta ilə, daha sonra həmin balıqlarla toyuqların içi doldurulur. Öz növbəsində, bu toyuqlar isə qızardılmış quzunun içinə doldurulur. Quzular isə Dəvənin içinə doldurularaq qızardılır.
Daha bir ekzotik toy xörəyi Koreyadadır. Bu, müxtəlif rəngli saplarla bəzədilmiş, dimdiyinə qırmızı bibər qoyulmuş qaynadılmış xoruzdur. Koreyalılar hesab edir ki, bu, gənc ailəyə xoşbəxtlik gətirir və onların bir-birinə olan sevgisini simvolizə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB