NATO Parlament Assambleyası RF ilə əməkdaşlığı dayandırdı

NATO Parlament Assambleyası RF ilə əməkdaşlığı dayandırdı

NATO Parlament Assambleyası Rusiya Federasiyasının parlamenti ilə bütün əlaqələrini kəsdiyini bəyan edib. SİA-nın məlummatına görə, bu bəyanatı qurumun britaniyalı prezidenti Qyu Beyli Riqada keçirilən iclas zamanı açıqlayıb. Beyli bunu Rusiyanın Krımı ilhaqı və həmin ilhaqın RF prezidenti Vladimir Putin tərəfindən dəstəklənməsi ilə izah edib.

Latviya nümayəndə heyətinin NATO PA-dakı rəhbəri Oyas Kalnınış isə sözügedən qərar ilə bağlı bildirib ki, artıq rusiyalı deputatlar NATO PA-ya daxil olan 28 ölkənin Alyansla əlaqəli olacaq heç bir tədbirlərində iştirak edə bilməyəcəklər.

"Bu qərar o vaxta qədər qüvvədə qalacaq ki, Rusiya Krım msələsində beynəlxalq aləmin etirazını nəzərə alacaq və Ukraynada ilhaq prosesinə son qoyacaq" - deyə Kalnınış bildirib.

Xatırladaq ki, aprelin 1-dən etibarən, NATO-ya üzv olan ölkələrin xarici işlər narizləri Rusiya ilə hərbi və mülki sahədə əməkdaşlığa son qoymaq qərarına gəlmişdilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə