Ötən gecə Suriyada 118 nəfər ölüb

Ötən gecə Suriyada 118 nəfər ölüb

Ötən gecə Əsəd rejiminin müxaliflərə qarşı ağır tipli silahlardan təşkil etdiyi hücumlarda 118 nəfər ölüb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) məlumat yayıb. Məlumata əsasən, rejimin keçirdiyi hərbi əməliyyatlarda paytaxt Dəməşqdə 32, Hələbdə 22, İdlibdə 19, Derada 14, Həmasda 13, Həmada 11, Deyru z Zorda 4, Kuneytra, Tartus və Lazkiyədə isə 3 nəfər həyatını itirib.

Qeyd edək ki, hücumlarda ölənlərin 6-sı uşaq, 3-ü isə qadın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə