Türkiyəni "YouTube" barədə qərarını dəyişməyə nə vadar etdi?

Türkiyəni "YouTube" barədə qərarını dəyişməyə nə vadar etdi?

Türkiyə "YouTube" -a qarşı qoyulan qadağanı qüvvədə saxlayıb. SİA- nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən ölkənin aprelin 4-də "YouTube"a girişin qadağan olunması barədə qərarı ləğv etməsinə baxmayaraq, aprelin 5-də o yenidən qüvvəyə minib. Ankaranın Gölbaşı Cinayətlər Məhkəməsi bu qərarın dəyişilməsini cinayətə səbəb olan materialların "YouTube"-dən hələ də qaldırılmaması ilə əlaqələndirib. O, bu kimi materialların ölkə əhalisinin psixologiyasına ciddi təsir etdiyini və təhlükə altına saldığınl bildirib.

Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də"Twitter"ə girişin qadağan olunması barədə qərarı ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə